“Neftçi” üçün əlamətdar oyun

Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan” (Malta) – “Neftçi” görüşü Azərbaycan futbolu üçün əlamətdar olub.
 
 
Olimpsport.az xəbər verir ki, bu görüş klublarımızın avrokuboklarda keçirdiyi 250-ci matç kimi tarixə düşüb.
 
Qitə kuboklarında 1994-cü ildə debüt edən təmsilçilərimiz cari mövsümədək 248 oyuna çıxmışdı. “Kəpəz” 249-cu, “Neftçi” yubiley – 250-ci, “Qəbələ” isə 251-ci görüşün iştirakçısı olub.
 
“Neftçi” yubiley qarşılaşmasında 2:0 hesabı ilə qələbə qazanıb.
 
Ümumilikdə, 251 oyunda komandalarımız 67 qələbə qazanıb, 65 heç-heçə edib və 119 dəfə uduzub. 217 qol vuran komandalarımız 385 top buraxıb.
 
Bu qələbə “Neftçi”nin özü üçün də əlamətdardı.
 
Belə ki, bakılılar avrokuboklarda 15-ci qələbəsini qazanıb. “Ağ-qaralar” buna 53-cü matçda nail olub. 15 heç-heçə və 23 məğlubiyyəti də olan paytaxt təmsilçisi 52 qol vurub, 83-nü buraxıb.