Samir Əliyev problemlərin çoxluğundan gileyləndi: "Bunun həllinə vaxt lazımdı"

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Səbail” – “Qəbələ” (1:3) matçından sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev mətbuat konfrası keçirib. Gənc mütəxəssis ilk öncə matçla bağlı fikirlərini bildirib. 

- Minumum 1 xal üçün çıxmışdıq. Uzunmüddətli fasiləyə görə böyük fasilə yaranmışdı, oyun praktikası baxımdan əziyyət çəkirdik. Utsalıq səviyyəsi öz sözünü dedi.

- “Qarabağ” və “Qəbələ”də səviyyə fərqi dediyiniz kimi bilinir. Bəs, digər klublara qarşı yaxın gələcəkdə planlarınız nədi?

- Problemlərimiz çoxdu. Sıfırdan yaranmış komandadı. Heyətdə problemlərimiz var, vaxt lazımdı. Qarşımıza böyük məqsədlər qoyulmayıb. Heyətimiz genişdi, yeni oyunçulara şans verəcəyik.

- Qriqorçuk hakimlikdən şikayətləndi. Siz referilərin idarəçiliyindən razısınız?

- Bu haqda ancaq videotəkrardan sonra demək olar. Məncə, kobud səhvə yol vermədi

- Əgər yaş limiti olmasaydı, Pərviz Qaraxanovu əvəz edərdiniz?

- Çox güman ki, növbəti matçda dəyişiklik edəcəm.