Əhmədov: "Bu oyundan dərs çıxarmalıyıq"
Azərbaycan Premyer Liqasının XXXI turunda "Rəvan” doğma meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
Olimpsport.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında fikirlərini bildirib:
"Danışacağım bir şey yoxdur. Oyunun ağır keçəcəyini futbolçulara demişdim. Məğlubiyyətin səbəbkarı mənəm ki, futbolçuları oyuna kökləyə bilməmişəm. Çünki, futbolçular aşağı yerdə qərarlaşan komandaya qarşı yaxşı oynaya bilmirlər. Qarşıdakı 5 turda maksimum xal toplamağa çalışacağıq. Bu oyunu yaddan çıxarıb "Xəzər Lənkəran”la oyuna hazırlaşmalıyıq. Murad Səttarlı və Emin Cəfərquliyevin olmaması oyuna təsir etdi. Bu gün bir az aqressiv idim. Çünki futbolçular çox aşağı səviyyədə oynadılar. Futbol bununla bitmir. Bu oyundan dərs çıxarmalıyıq".