“Qəbələ” və “Neftçi”nin qələbəsi xal ehtiyatımızı zənginləşdirdi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qəbələ” – "Samtredia” (5-1)  və "Baltsan” – "Neftçi” matçlarında əldə olunan nəticələr ölkəmizin reytinq xalının zənginləşdirməsinə səbəb olub.
 
Olimpsport.az xəbər verir ki, bu oyuna kimi 13.625 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.500 xal əlavə olunub.
 
Hazırda ölkəmizin reytinq əmsalı 14.125-ə bərabərdi. Bizdən bir pillə irəlidə olan Şotlandiyanın hər iki təmsilçisi qalib gəldiyindən adalılarla aradakı xal fərqini azaltmaq mümkün olmayıb. Britaniyalıların əmsalı 15.050-di. 25-ci pillədəki izləyicimiz Kipr təmsilçiləri də bu oyun günü xal itirmədiyindən aradakı xal fərqində dəyişiklik olmayıb. Hazırda adıçəkilən ölkənin aktivində 13.550 xal var.