Teo Uiks Azərbaycan futbolunun tarixinə düşdü

Azərbaycan klubları Avropa Liqasında 150-ci qolu vurub.

 

Olimpsport.az saytının məlumatına görə, həmin qol dünən keçirilən I təsnifat mərhələsinin ilk oyunlarında qeydə alınıb.

 

1994-cü ildə UEFA kubokunda debüt edən komandalarımız sonradan adını dəyişən bu turnirdə cari mövsümədək 146 qola sevinmişdi. Mövsümün 4-cü qolu “Qəbələ” – “Samtredia” (Gürcüstan) görüşünə təsadüf edib. 

 

Matçdakı 3-cü top, günün və mövsümün 4-cü qolu olub. Bu topun müəllifi Teo Uiks olub. Onun qol hesabını açması komandalarımızın Avropa Liqasında 150-ci sevinci kimi tarixə düşüb.

 

Qeyd edək ki, Azərbaycan klubları əvvəl UEFA kuboku, indi Avropa Liqası adlanan yarışda 167 matç keçirib, 44 qələbə qazanıb, 47 heç-heçə edib. 76 dəfə uduzduğumuz bu yarışda 153 qol vurub, 254-nü buraxmışıq.

 mənbə:Apasport.az