"Qarabağ" məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama matçına çıxıb.

Olimpsport.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda son Albaniya çempionu "Şkenderbeu" ilə qarşılaşıb.

Görüş ağdamlıların minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk yoxlama görüşündə Avstriyanın "Vakker" komandasına 0:1 hesabı ilə məğlub olub, ikinci hazırlıq matçında isə Rusiyanın "Zenit" klubuna eyni hesabla qalib gəlib.

Yoxlama oyunu
1 iyul

"Qarabağ" - "Şkenderbeu" - 0:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 10. Muarem Muarem, 91. Coşqun Diniyev, 20. Riçard Almeyda, 8. Miçel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 17. Namiq Ələsgərov, 11. Mahir Mədətov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 15. Rahid Əmirquliyev, 19. Azər Salahlı, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev.
“Şkenderbeu”: O. Şehi, L. Abazi, M.Radas, T. Osmani, B. Lulaj, S. Lilaj, N. Orelesi, S. Lətifi, E. Qavazaj, H.Salihi, M. Fukuy.
Ehtiyat oyunçular: S. Brune, D. Bayram, N. Valmir, İ. Hektor, Z. Agim, İ. Paolo, A. Malas, P.Sabiem, A. James, A. Mustafa, Ş. Kelmend, L. Sergio.

Qarşılaşmaya "Şkenderbeu"nun topa toxunuşu ilə start verildi.
Qara Qarayev və Bədavi Hüseynovun yüngül zədəsi olduğu üçün bu matçda iştirak etmir.
6. Oyunda ilk təhlükəli vəziyyəti "Qarabağ" yaradır. Muaremin sol cinahdan ötürməsi zamanı Reynaldodan öncə müdafiəçilər topu uzaqlaşdırır.
9. Reynaldonun zərbəsini rəqib qapıçı zərərsizləşdirir.
14. Muarem oyundan kənar vəziyyətə düşür.
22. Oyunda ən real qol epizodu yaranır. Riçard Almeydanın cərimə meydançasından zərbəsini qapıçı dəf edir.
27. Maksim Medvedev sağ cinahdan cərimə meydançasına daxil olsa da, son zərbəni endirə bilmir.
30. Reynaldo sarı vərəqə ilə cəzalanır.
39. "Qarabağ" daha bir qol epizodu yaradır. Maksim-Reynaldo paslaşmasının sonunda Reynaldo son zərbəni endirə bilmədi.
41. Künc zərbəsindən sonra Reynaldonun başla qapıya göndərdiyi topu qolkiper tutur.
45. "Şkenderbeu" cərimə zərbəsindən hesabı açır - 0:1.
İlk hissə başa çatdı.
İkinci hissə başladı
46. "Qarabağ" ikinci hissəyə 3 dəyişikliklə başlayıb. Ansi Aqollini Əl Hərbi Əl Jadeouyi, Elvin Yunuszadəni Arif Daşdəmirov, Coşqun Diniyevi isə Rahid Əmirquliyev əvəzləyib.
49. Arif Daşdəmirovun sağ cinahdan yerlə ötürməsi zamanı müdafiəçilər topu uzaqlaşdırır.
56. Muaremin başla zərbəsi zamanı top azacıq qapıdan aralı keçir.
58. Dani Kintananın cərimə meydançasına asmasını rəqibin qolkiperi dəf edə bilir.
60. Muarem yerini Əfran İsmayılova buraxır. Rəqibin heyətində isə 3 dəyişiklik qeydə alınır. Qolkiper Şehini Brune əvəzləyir, bundan əlavə Ademy James və Mustafa Argend də oyuna daxil olur.
75. Mahir Mədətov meydana daxil olur
Qarşılaşma başa çatdı