Nazarovun yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib.
 
 
Olimpsport.az saytının məlumatına görə, Almaniyanın “Karlsrue” klubundan ayrılan yarımmüdafiəçi karyerasını elə 2-ci Bundesliqada davam etdirəcək.
 
Nazarov bu liqada çıxış edən “Ersgebirge” ilə anlaşıb. 26 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Nazarov millimizdə keçirdiyi 18 oyunda 5 qol vurub.