"Roma"nın baş məşqçisi: "Qarabağ"ın futboluları fiziki cəhətdən güclü deyillər, ancaq..."

“Bir həftə ərzində 3 qələbə doğrudan əladır. Amma nəticələr hər zaman istədiyiniz kimi olmur”. Bu sözləri Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” klubunun baş məşqçisi Eysebio Di Françesko deyib.

İtaliyalı mütəxəssis “Udineze”yə qalib gəldikləri oyundan sonra “Qarabağ”la bağlı da danışıb: “Qarabağ” yaxşı komandadır. Onların futbolçularını analiz etmişəm. Xüsusən hücum xəttində çox yaxşı oynayırlar. Bəlkə də fiziki cəhətdən güclü deyillər. Amma bu bizə rahatlaşmağa şərait yaratmamalıdır. Ciddi yanaşıb qalib gəlməliyik”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu 27 sentyabr saat 20:00-da başlayacaq.