"Qəbələ"dən nümunəvi addım
“Qəbələ” Avropa Liqasnın I təsnifat mərhələsinin ilk oyununda “Samtredia”nı 5:1 hesabıyla məğlub etdi.
Olimpsport.az xəbər verir ki “Qəbələ” rəhbərliyi bu oyunda çox gözəl, insanlıq göstərərək digər klublara nümunə ola biləcək addım atıb.Hazırda 11 ayın sultanı, müqəddəs Ramazan ayını unutmayan klub, oruc tutanlarıda yaddan çıxartmayıb. Belə ki, oyunun keçirildiyi “Bakcell Arena”nın girişində oruc tutan insanlar üçün iftar etmələri – oruclarını açmaları üçün xüsusi imkan yaradılıb.İstənilən şəx xüsusi masaya yaxınlaşaraq məhdudiyyət olmadan orucunu su və xurma ilə aça bilirdi. Təbii ki, “Qəbələ”nin bu addımını alqışlamaq lazımdır. Bəlkə də elə bu Ramazan ayında verilən ehsanın bərəkəti idi ki, komanda həmin gün parlaq oyun nümayiş etdirdi. Allah böyükdü! (stadium.az)