Ukrayna Güləş Federasiyasının prezidenti Elbrus Tedeyev: "Çox istiqanlı və mehriban camaatınız var"
“Çox şadam ki, belə mötəbər bir turnirə dəvət almışam. Oleq Andreyiviçə də dəvətə görə çox sağ ol deyirəm.” Bu sözləri Olimpsport.az-a açıqlamasında Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə keçirilən beynəlxalq turnirdə qonaq olan Ukrayna Güləş Federasiyasının prezidenti, Olimpiya çempionu Elburus Tedeyev deyib.
“ O, məni tək öz adından yox, bütün Şamaxı əhalisi adından dəvət edib. Oleq müəllim bununla həm də dostluq və əməkdaşlığımızı gücləndirir. Bu çox sevindiricidir ki, artıq 5-ci dəfə keçirilən bu turnirdə bir çox ölkələrdən çox layiqli komandalar iştirak edirlər. Hamımız gərgin və maraqlı mübarizələrin şahidi oluruq. Çox sayda gənc məşqçilər var ki, onlar da öz təcrübə və peşəkarlıqları ilə gənclərə düzgün yol göstərirlər. Uşaqlar da məğlub olmaq istəmirlər. Fantastik fəndlərlə özlərini sübut etməyə çalışırlar. Şamaxıda bir çox insanlarla görüşdüm. Çox istiqanlı və mehriban camaatınız var. Hamı istəyir ki, bizi şəhərlə tanış etsin, nədəsə kömək etsin ki, biz özümüzü rahat hiss edək. Oleq müəllimin də çox qonağı var və onlar da özlərini rahat hiss edirlər. Təşkilatçılara da öz dərin təşəkkürümü bildirirəm. Onlar da heç bir qonağı diqqətdən kənar qoymurlar. Hər bir qonağa xüsusi mükafat və diplomlar təqdim olunur. Mənə də təqdim olunan xüsusi hədiyyəni yüksək qiymətləndirirəm. Bizim komanda da yarışda layiqincə çıxış edir. Düzdür,yerli komandaya tribunaldan yetərincə dəstək var və bu da onların uğurlu çıxışında öz sözünü deyir. Təşkilatçılar da əmin ola bilərlər ki, bu turnir şəhərinizin vizit kartı olacaq və mən də ümüd edirəm ki, bu Şamaxıya son səfərim olmuyacaq.Bundan sonra tez-tez Şamaxıya gələcəyik. “