Sumqayıt toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək.
Yeni mövsüm üçün hazırlıqlarının davam etdirən "Sumqayıt” yoxlama oyunlarından qüvvəsini sınayacaq.
Olimpsport.az xəbər verir ki, Samir Abasovun komandası Sumqayıt toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək.
Əldə etdiyimiz məlumata görə, "kimyaçılar” "Qaradağ Lökbatan” və "Zirə” komandaları ilə qarşılaşacaq. Lökbatan təmsilçisi ilə oyun iyul ayının 7-də baş tutacaq. "Zirə” ilə keçiriləcək matç isə ayın 10-da baş tutacaq. Hər iki qarşılaşma "Kapital Bank Arena”da baş tutacaq.
Qeyd edək ki, "Sumqayıt” hazırlıqlarının növbəti hissəsini Türkiyədə keçirəcək.(sportal.az)