“İnter”lə AZAL üz-üzə

Növbəti mövsümə hazırlıqlarını ölkə daxilində davam etdirən təmsilçilərimizdən ikisi iyulun 8-də yoxlama görüşündə üz-üzə gələcəklər.

 

Olimpsport.az xəbər verir ki, ADBTİA-nın stadionunda baş tutacaq matçda AZAL “İnter”lə qarşılaşacaq.

Matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsümü “İnter” 4, AZAL isə 7-ci pillədə başa vurublar.