Yığmamız 2017-ci il Dünya Qran Prisində iştirak hüququna yiyələnib.
Bakıda voleybolçu qadınlar arasında Avropa Liqasının final mərhələsinin cavab görüşü keçirilib.
Olimpsport.az xəbər verir ki, Azərbaycan milli komandası Bakı İdman Sarayında Slovakiyanı qəbul edib.
İki komanda arasında iyunun 30-da Nitra şəhərində keçirilmiş qarşılaşmada millimiz 3:1 hesabı ilə qalib gəlib. Təkrar qarşılaşmada Faiq Qarayevin baş məşqçi olduğu komanda rəqibə şans verməyib.
Bu qələbə ilə yığmamız 2017-ci il Dünya Qran Prisində iştirak hüququna yiyələnib.
Avropa Liqası
Final, cavab görüşü
18:00. Azərbaycan - Slovakiya 3:0 (25:15, 25:22, 25:20)