Yarımfinal oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
AVRO-2016-da yarımfinal oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Olimpsport.az xəbər verir ki, finala çıxacaq komandalar Yonas Eriksson və Nikola Rizzolinin fit sahibi olacağı oyunlarda müəyyənləşəcək. Eriksson Uels - Portuqaliya, Rizzoli isə Almaniya - Fransa matçına təyinat alıb. Qeyd edək ki, Uels - Portuqaliya matçın iyulun 6-sı, digər oyun isə bir gün sonra keçiriləcək.