“İnter Arena”da mükafatlandırma
Bu gün “İnter Arena”nın konfrans zalında “Sabahın ulduzları” turnirinin gümüş medalçılarının mükafatlandırma mərasimi keçirilib.
Olimpsport.az xəbər verir ki Bakı Futbol Federasiyasının nümayəndəsi Mahir Süleymanov turnir barədə qısa məlumat verib və oyunların keçirilməsi üçün yaradılan şəraitə görə “İnter” rəhbərliyinə minnətdarlığını bildirib. “İnter”in prezidenti Rəşad Qasımov “Sabahın ulduzları” turnirinin uşaq və yeniyetmə futbolçuların inkişafına göstərdiyi müsbət təsir barədə danışıb və 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilən yarışda 2-ci yeri tutmuş “İnter-Arena” komandasının üzvlərini təbrik edib, onlara uğur arzulayıb.
Komandanın baş məşqçisi Xəyyam Bəkirov turnir təşkilatçılarına və “İnter” rəhbərliyinə təşəkkürünü bildirib, komandanın bundan sonra da yüksək yerlər uğrunda mübarizəsini davam etdirəcəyini açıqlayıb.
Sonra komanda üzvlərinə medallar və kubok təqdim edilib.