"Qəbələ" nə vaxt gedir

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Samtredia”nın qonağı olacaq “Qəbələ”nin Gürcüstan səfərinin planı müəyyənləşib.

 

Olimpsport.az xəbər verir ki, əyalət təmsilçisi qonşu ölkəyə çarter reysi ilə yollanacaq.

Saat 12:00-da Bakı Hava Limanından Kutaisi istiqamətində yola çıxacaq Roman Qriqorçkun komandası Vətənə ertəsi gün qayıdacaq. “Qəbələ” “Tsaxltubo Plaza” Hoteldə məskunlaşacaq. Tsaxltubo şəhəri oyunun keçiriləcəyi Zestafonidən 50 km aralıqda yerləşir. İyulun 7-də saat 19:00-da start götürəcək oyundan dərhal sonra təmsilçimiz Azərbaycana qayıdacaq.

Qeyd edək ki, bu komandalar arasında ötən cümə axşamı Bakıda baş tutan ilk görüşdə “Qəbələ” 5:1 hesablı qələbə qazanıb.