Tarix yaza bilmək şansımızın olduğunu düşünürük
“Kəpəz” iyulun 7-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Moldova “Daçiya”sı ilə qarşılaşacaq.
Olimpsport.az xəbər verir ki, Gəncə klubunun müdafiəçisi Şəhriyar Rəhimov qarşıdakı oyun haqda fikirlərini klub saytı ilə bölüşüb:
“Məsuliyyəti dərk edir, tarix yaza bilmək şansımızın olduğunu düşünürük. 16 ildən sonra mərhələ adlamaq üçün əlimizə fürsət düşüb. Bacardığımızı edib Azərbaycanı layiqincə təmsil etməyə və Gəncə azarkeşlərini sevindirməyə çalışacağıq. İlk oyundakı nəticəyə baxmayaraq inamımız böyükdür. Elə azarkeşlər də bizə inanırlar. Çünki evdə bir neçə vəziyyətdə fərqlənmək imkanı yaxaladıq. İlk hissədə daha yaxşı oynadıq. Çatışmayan yalnız qol oldu. Bakıda vura bilmədiyimiz qolu səfərdə vurmağa səy göstərəcəyik”.