Millimizin futbolçusu debüt etdi

Milli komandamızın futbolçusu Pavel Paşayev yeni klubu “Stal”da iki oyun keçirib.
 
Olimpsport.az xəbər verir ki, Dneproderjinski təmsilçisi gələn mövsüm üçün hazırlıq keçdiyi Avstriyada ardıcıl iki yoxlama oyununda qüvvəsini sınayıb.
 
İlk rəqib Macarıstanın “Xaladaş” klubu olub. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Milli üzvü bu oyunda start heyətində meydana çıxıb və görüşü əvəzedilmədən keçirib.
 
Kamensklilərin növbəti hazırlıq oyunundakı rəqibi isə Sloveniya “Krşko”su olub. Ötən matçdan fərqli olaraq bu qarşılaşmada hesab açılmayıb. Pavel Paşayev bu görüşdə ikinci hissədə meydana daxil olub.
 
Xatırladaq ki, Paşayev ölkəmizdə "Qəbələ"nin formasını geyinib.