"Kəpəz" "Qarabağ"ın stadionunda
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Daçiya”nın qonağı olacaq "Kəpəz” hazırlığı davam etdirir.
Olimpsport.az-ın məlumatına görə, "sarı-göylər" Bakıda hazırlaşır.
Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Nizami yurdunun təmsilçisinin məşqləri "Qarabağ"ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.
"Kəpəz"in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibb presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.
"Kəpəz" rəhbərliyi Avroliqa oyununa hazırlıq üçün şərait yaratdığına görə Ağdam klubuna minnətdarlığını bildirir.