"Mil-Muğan"da yeni təyinat

Azərbaycan I Divizionunda çıxış edən "Mil-Muğan"ın kapitanı Ruhid Usubov məşqçilik fəaliyyətinə başlayıb.
 
Olimpsport.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi "Mil-Muğan"ın aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərəcək. Ruhid U-14 komandasına rəhbərlik edəcək.
 
Xatırladaq ki, Ruhid Usubov karyerası ərzində "Simurq" və "İnter" kimi klublarda çıxış edib.