Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu idarə edib.

Həmyerlimiz Makedoniyanın paytaxtı Skopyedə "Vardar"la İspaniya "Real Sosyedad"ı arasında baş tutan oyunda ədaləti qoruyub. L qrupu çərçivəsində keçrilən 3-cü tur matçında 6 qol qeydə alınıb. Bu qolların hamısını ispanlar meydan sahiblərinin qapısından keçiriblər.

Ağayev cəmi bir futbolçuya sarı vərəqə göstərib. O, 61-ci dəqiqədə "Vardar"ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı cəzalandırıb.

FİFA referimizə yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi hakim kimi çalışıb. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirib.