Del Boskenin rekordu, millimiz üçün xoşagəlməz xatirələr.

İspaniya mətbuatı bu ölkənin milli komandasının Azərbaycan yığması ilə yoldaşlıq oyununu yada salıb.

 

Olimpsport.az saytının məlumatına görə, buna Visente del Boskenin yığmanın baş məşqçi postundan ayrılması səbəb olub.

 

Belə ki, həmkarlarımız 66 yaşlı mütəxəssisin millidəki 8 illik fəaliyyəti ilə bağlı 8 məqamı müəyyənləşdirib. Bunlardan biri də onun Bakıda vurduğu rekorddu.

 

Məsələ ondadı ki, 2009-cu il iyunun 8-də yığmamızı 6:0 hesabı ilə məğlub edən ispaniyalılar del Boskenin rəhbərliyi altında 10-cu matçda 10-cu qələbəni qazanıb. Bununla da “qırmızılar” yeni rekordu rəsmiləşdirib. Söhbət baş məşqçinin startdakı qələbə seriyasından gedir. İspaniya yığması heç bir mütəxəssisin ilk 10 oyununu itkisiz keçə bilməmişdi.