Biletlər satışa çıxır

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxır.

 

Olimpsport.az xəbər verir ki, azarkeşlər iyulun 7-də, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Qeyd edək ki, "Qarabağ" - "Düdelnaj" matçı iyulun 12-də mərkəzi arenada keçiriləcək və saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-13 və 16-18 nömrəli sektorlar - 5 AZN
VİP (14-15 sektorlar) - 30 AZN