"Neftçi" – "Baltsan" oyununun biletləri satışda

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Baltsan” oyununun biletləri satışa çıxarılıb.

Olimpsport.az xəbər verir ki, qiyməti 1 və 3 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri 8-ci km stadionunun kassalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, iyulun 7-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Baltsan” oyunu saat 20:00-da başlanacaq.