İndi Xaqani Məmmədovu öldürək?
PFL prezidentliyinə seçkilərdən sonra AFFA prezidenti Rövnəq Abdullayev və PFL prezidenti Ramin Musayevin iştirakı ilə mətbuat konfransı keçirildi.
Olimpsport.az xəbər verir ki, konfransda AFFA başqanı vaxtının azlığını əsas gətirərək öncə sualların ona ünvanlanmasını istədi. - 4 ilə baxış oldu. Çətin də olsa, çempionat yüksək səviyyədə keçirilib. Ən əsası çempionat da, hakimlik də ədalətli olub. Bildiyiniz kimi, hakimlərimiz ildə 2 dəfə ən yüksək səviyyədə təlim-məşq toplanışı keçirlər və bu da oyunlarda öz müsbət təsirini göstərir. PFL-ə lazımi tövsiyələrimi verdim. May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə böyük və elitar turnir keçirilməsinə qərar verdik. Bilirsiniz ki, 1-ci divizionu gücləndiririk. AFFA-nın İcraiyyə Komitəsinin qərarı oldu ki, ən azından 4 klub lisenziya tələblərinə cavab versin. Düşünürəm ki, gələn mövümdən etibarən minimum 10 komanda Premyer Liqada iştirak edəcək. - See more at:
- Gözləyirdinizmi ki, başqa namizədlər də olsun?
- Gözləyirdim. Ancaq PFL prezidenti yeri söyüləndi. Ona görə heç kim namizədliyini irəli sürmədi. Əsas odu ki, tariximizdə ilk dəfə klublarımız birinci mərhələdə belə nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşünü yenə də davam etdirsin.
- Az əvvəl hakimlərdən danışdınız. Ancaq bu yay və ötən qış hakimlərimiz ölkə xaricinə çıxmadı. Bu, nə ilə əlaqədardı?
- Hazırda bu yöndə işlər gedir və ədalət təmsilçilərimiz Bolqarıstana getməyə hazırlaşır. Türkiyəyə getməmələrinin səbəbi Antalyaya klubların gəlməməsi idi.
- Ötən mövsüm xeyli biabırçı hakim səhvləri oldu. AFFA prezidentıiyinə də seçki oldu, PFL prezidentliyinə də. Bəs, Hakimlər Komitəsinə nə vaxt seçki olacaq?
- Avropa Çempionatında da səhvlər olur. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətinizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı boşluq var. Bununla əlaqədar hökumətimizə müraciət etmişəm. Təmiz futbol oynanılması üçün bu, ciddi nəzarətə götürülməlidi.
- 2005-2015-ci illər üçün dövlət proqramı hazırlanmışdı. Ancaq növbəti proqram hələ də təsdiqini tapmayıb.
- Yaxın zamanlarda 2020-ci ilə qədər dövlət proqramının qəbul olunması gözlənilir. (futbolinfo.az)