"Sahib Ələkbərov Velosiped İdmanı Federasiyasının heç bir əməkdaşını Güləş Federasiyasına aparmır"
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev Güləş Federasiyasının rəhbərliyində aparılan kadr dəyişikliyi və Sahib Ələkbərova müvəqqəti olaraq AGF-in I vitse-prezidenti vəzifəsinin icrasının həvalə edilməsi ilə əlaqədar ona ünvanlanan suallara cavablandır.b Həmkarımız bunu "Facebook"dakı şəxsi səhifəsində edib: "Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsindən ayrılmayıb və belə bir məsələ ümumiyyətlə müzakirə edilmir" Sahib Ələkbərov Azərbaycan Velosiped İdmanı Federasiyasının heç bir əməkdaşını (içi mən qarışıq) özü ilə Azərbaycan Güləş Federasiyasına aparmır və belə bir söhbət müzakirə mövzusu deyil!"