“Neftçi”nin rəqibi Bakıya gəlib

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Maltanın “Baltsan” klubu Bakıya gəlib.

Olimpsport.az saytının məlumatına görə, ada ölkə təmsilçisi iyulun 7-də baş tutacaq cavab oyunundan 3 gün əvvəl ölkəmizə gəlməyi məqsədəuyğun sayıb.

 

Qonaqlar “Ramada” otelində məskunlaşıblar. Malta təmsilçisi bu gün axşam saat 18:00-da Bakıda ilk məşqinə çıxacaq. “Baltsan” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlıq keçəcək.

 

Sabah oyunöncəsi son məşqinə çıxacaq qonaqlar saat 20:00-da 8-ci km qəsəbə stadionunda çalışmalarını tamamlayacaq.

 

Qeyd edək ki, “Neftçi” – “Baltsan” oyunu iyulun 7-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.