PFL “İnter” - “Kəpəz” oyunları ilə bağlı qərar verdi
“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib. “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq aşağıdakı qərarları qəbul edib:
Topaz Premyer Liqasının 10-cu turunun “Kəpəz” – “İnter” matçı 28 oktyabr tarixdə “İnter Arena” stadionunda keçirilsin.
10-cu turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.