“Kəpəz”in səfər sindromu
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldovada “Daçiya” ilə qarşılaşacaq “Kəpəz” səfər sindromunu qırmalıdı.
Olimpsport.az saytının məlumatına görə, Gəncə təmsilçisi avrokuboklarda rəqib meydanında keçirdiyi qarşılaşmalarda məğlubiyyətdən qaça bilməyib.
Bakıda qolsuz heç-heçə ilə kifayətlənən Şahin Diniyevin yetirmələri mərhələ adlamaq üçün uduzmamalıdı. Bunadək səfərdə 5 görüşə çıxan təmsilçimiz 5 məğlubiyyət alıb. Bunların da üçü böyükhesablı olub.
Səfərdə cəmi 2 qol sevinci yaşayan komanda son ikisində rəqib qapısına yol tapmayıb. Hər səfərdə qol buraxan qərblilər ümumilikdə 16 dəfə topu qapısında görüb.
UEFA kuboku
22 avqust 1995. “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” - 5:1
Kuboklar Kuboku
14 avqust 1997. “Dinaburq” (Latviya) – “Kəpəz” - 1:0
Çempionlar Liqası
22 iyul 1998. LKS (Polşa) – “Kəpəz” - 4:1
Çempionlar Liqası
14 iyul 1999. “Sloqa Yuqomaqnat” (Makedoniya) – “Kəpəz” - 1:0
UEFA kuboku
24 avqust 2000. “Antalyaspor” (Türkiyə) - “Kəpəz” - 5:0 (apasport)