Elnur Cəfərov Portuqaliya Superliqasında!
İspaniya olmadı, Portuqaliya oldu. Yarım ildi adı sequnda klubu "Ovyedo" ilə yanaşı hallanan Elnur Cəfərov vaxtilə Vəli Qasımovun da forma geydiyi digər Pireney ölkəsinin klubuna keçdi.
"Xəzər Lənkəran"dan ayrılanı işsiz olan yarımmüdafiəçi Portuqaliyanın "Tondela" klubu ilə müqavilə bağlayıb. Klubun rəsmi saytının məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi ilə birillik anlaşma imzalanıb.
Neçə vaxtdı adı "Ovyedo" ilə bir çəkilən, amma qışda Lənkəran təmsilçisindən ayrılandan sonra azad agent olan Elnur beləliklə Portuqaliya Superliqasnda oynayacaq. Son mövsümü 18 komandanın mübarizə apardığı liqada 16-cı pillədə tamamlayan "Tondela" həmyerlilərimizə qucaq açan ikinci Portuqaliya klubudu. Onadək hazırda "Neftçi"nin baş məşqçisi olan Vəli Qasımov İspaniya karyerasından sonra "Vitoriya" və "İmortal" klublarında oynamış, bu klublarda ümumilikdə 87 oyuna 31 qol vurmuşdu.