"Reytinq xalları baxımından da düşünsək, qələbə yaxşı olar"
"Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiri müsahibəsi.
- Cavab oyunu haqqında fikirləriniz necədir?
- İlk oyunda əla nəticə əldə etmişik. Amma bu, bizə rahatlıq verməməlidi. Çünki rəqibin itirəcəyi heç nə yoxdur. "Samtredia" doğma meydanda hər şey edəcək ki, böyük uğura- geridönüşə imza atsın. Bu tarixi klubun azafkeşləri onlardan çox şey gözləyir. Biz sabahkı oyunda ilk dəqiqələrdən qələbəyə oynamalıyıq.
- Hər-halda razılaşarsınız ki, artıq növbəti mərhələdəsiniz. Rəqibdən geridönüş gözləmək çətindi...
- Yox, qətiyyən bununla razılaşmaq olmaz. Oyuna yaxşı motivasiya olmalıyıq. Düzdü, istənilən heç-heçə bizim üçün növbəti mərhələ demədir. Amma reytinq xalları baxımından da düşünsək, qələbə yaxşı olar.
- Baş məşqçiniz Roman Qriqorçuk komandanı yormamaq üçün yəqin ki, ehtiyat qüvvəni meydana buraxacaq...
- Elə düşünmürəm. Biz meydana çıxıb aqressiv və hücum futbolu oynamalıyıq. Hər şey biz həll etməliyik, rəqib yox. Biz topla oynamağı və hücum futbolu oynamağı çox sevirik. Niyə də bunu davam etdirməməliyik? Heç-heçə və qələbə bizim üçün lazımi nəticədir, təki məğlub olmayaq.
- Həmyerlilərindən Bakıdakından fərqli nə gözləyirsən?
- "Samtredia" Avropa Liqasında yenidir və onların bu turnirdə təcrübəsi yoxdur. Bakıdakı qarşılaşma onlar üçün ilk idi və onlar gördülər ki, "Qəbələ" necə futbol oynayır. Onlar bu oyunla Avropa Liqasında müəyyən qədər təcrübə topladılar. Bu, o deməkdi ki, Zestafonidə hər şey fərqli olacaq.
- İlk oyunda bu qədər inamlı oyun sərgiləyən "Qəbələ"nin qrup mərhələsinə vəsiqə qazanması üçün nə lazımdır?
- Sadəcə, hər oyunda qələbə haqqında düşünmək lazımdı. Nə qədər inamlı olsaq da, oyundan-oyuna artırmalıyıq. Bir komanda üçün məqsəd ən yaxşısını etməkdi. Hədəfimiz qrupa düşməkdir və bunu edəcək heyətimiz də var. (sportal.az)