Beyl: "Biz qürurlu millətik və nail olduğumuza görə sevinirik"

Uels milli komandasının lideri Qaret Beyl Portuqaliya ilə yarımfinal qarşılaşmasından (0:2) sonra fikirlərini UEFA-nın saytı ilə bölüşüb.

Olimpsport.az xəbər verir ki, uelsli futbolçu komandanın var gücüylə mübarizə apardığını qeyd edib.

 

"İndi nəyisə təhll etmək çətindir. Biz çox üzgünük. Meydanda və ondan kənarda bütün gücümüzü ortaya qoyduğumuz üçün fəxr edirik. Bu turnirdə qazandığımız təcrübədən maksimum istifadə etməyə çalışacağıq. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm, onlar möhtəşəm idi. Portuqaliya etibarlı müdafiə olunurdu, bizim qol şansımız olmadı. İkinci qol epizodunda rəqibin bəxtə biraz gətirdi. Var gücümüzlə oyuna qayıtmağa cəhd etdik və son saniyələrə qədər mübarizə apardıq. Təəssüf ediləsi heç nə yoxdur. Uels finala çıxmadı deyə məyus olduq. Biz qürurlu millətik və nail olduğumuza görə sevinirik".