"Qarabağ" ÇL-də bu heyətlə oynayacaq - Siyahı

Bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın iştirak ərizəsi məlumdu.

Olimpsport.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu Çempionlar Liqasında aşağıdakı heyətlə çıxış edəcək:

Qapıçılar: 13. İbrahim Şehiç (Bosniya və Herseqovina), 12. Şahruddin Məhəmmədəliyev, 94. Halit Oğuzhan Çitırkı (Türkiyə).

Müdafiəçilər: 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli (Albaniya), 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 32. Elvin Yunuszadə, 21. Arif Daşdəmirov.

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 20. Riçard Almeyda (Braziliya), 22. Əfran İsmayılov, 8. Migel Markos (İspaniya), 99. Dani Kintana (İspaniya), 67. Alharbi El Yadejaoui (Fransa), 77. Cavid Tağıyev, 17. Namiq Ələsgərov, 10 Muarem Muarem (Makedoniya), 91. Coşqun Diniyev, 15. Rahid Əmirquliyev.

Hücumçular: 9. Reynaldo Dos Santos (Braziliya), 11. Mahir Mədətov.

Xatırladaq ki, "köhlən atlar" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Düdelanj"la (Lüksemburq) qarşılaşacaq. Bu komandalar arasında ilk oyun iyulun 12-də, Bakıda baş tutacaq.