"Kəpəz" "Daçia" oyununu izləməyin yolu

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
 
Olimpsport.az saytının məlumatına görə, təmsilçimiz "Kəpəz” "Daçiya” səfərinə yollanacaq. İlk oyunda öz meydanında rəqibi ilə qolsuz bərabərliyə razılaşmış gəncəlilər ümidlərini səfər matçına bağlayıb. Şahin Diniyevin komandasını mərhələ keçmək üçün istənilən hesablı qələbə qane edəcək. Ancaq qalib gəlməsə belə "Kəpəz” ikinci mərhələyə yüksələ bilər. Bunun üçün isə qollu bərabərlik də kifayət edəcək. İlk oyunda olduğu kimi Moldovada da qolsuz heç-heçə qeydə alınacağı halda isə qalibi müəyyən etmək üçün əlavə vaxt və hətta lazım olarsa, penaltilər seriyasına da ehtiyac duyula bilər.
Qeyd edək ki, Moldovanın Speya şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
 
19:00. "Daçiya” (Moldova) – "Kəpəz” (Azərbaycan)
 
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). "Speya” stadionu
 
İlk oyun – 0:0