"Neftçi" "Baltsan"ın tarixinə düşdü
"Neftçi" Avropa Liqasında mübarizədən kənarlaşdırdığı Maltanın "Baltsan" klubunun tarixinə düşüb.
Olimpsport.az-ın məlumatına görə, rəqib avrokuboklarda ilk qolunu, ilk qələbəsini "ağ-qaralar"da matçda reallaşdırıb.
Bu, maltalıların "Bakcell Arena"da 2:1 hesabı ilə qalib gəldikləri cavab matçında olub. Tarixi qollarla tarixi qələbəni qazandıran futbolçu Lidon Mikalllef olub. Özü də hücumammeylli yarımmüdafiəçi fasilədən dərhal sonra meydana çıxıb və 16 dəqiqəyə (51, 67-ci dəqiqələr) dubl edib. Üstəlik, "Baltsan" hesabı bərabərləşdirəndən sonra penaltidn istifadə edə bilməyib.
Maraqlıdır ki, "Baltsan" da "Neftçi" 1937-ci ildən yaradılıb və hər ikisinin 69 yaşı var. Ancaq bu klub zö Premyer Liqasında yalnız 2013-cü ildən çıxış edir. "Neftçi" isə məlum olduğu kimi, 1992-ci ildən keçirilən bütün milli çempionatlarınızın iştirakçısıdır.
Xatrladaq ki, "Baltsan" avrokuboklarda ötən mövsüm Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə matçlarda debüt edib. Həmin Avropa Liqası oyunlarında evdə 0:2, səfərdə 0:1 hesablı məğlubiyyət olub. Maltalılar 3-cü görüşündə evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzub.