Biz onlardan daha güclüyük

"Qarşılaşma bizim gözlədiyimiz kimi keçdi. Vəziyyətin belə alınmasına şadam ki, bu cür oyunlarda arxayınlaşmağı dərk etdik. Buraxdığımız səhvlər isə bizim üçün üzərində çalışacağımız materialdır".

 

Olimpsport.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samttredia" klubu ilə cavab oyunundan sonra bildirib. Ukraynalı mütəxəssis səfərdə 1:2 hesabı ilə uduzduqları matçı belə dəyərləndirib: "Samtredia” haqda fikrimi ilk matçdan sonra bildirmişdim. Rəqibimiz hücuma yaxşı keçməyi bacaran komanda idi. Cavab oyunundan sonra da eyni sözləri təkrarlaya bilərəm. Lakin bu fikirlə də razıyam ki, biz onlardan daha güclüyük. Növbəti rəqibin kimliyinin fərqi yoxdur. Qısa zamanda oyun səviyyəmizi qaldırmağımız daha vacibdir. Biz növbəti mərhələdə daha keyfiyyətli oyun nümayiş etdirməliyik”.