"Kəpəz" Azərbaycanın xal ehtiyatını zənginləşdirdi

Avropa Liqasının birinci təsnifat məhələsi çərçivəsində baş tutan “Daçiya” – “Kəpəz” (0:1), “Neftçi” – “Baltsan” (1:2) və “Samtrediya” – “Qəbələ” (2:1) matçılarında əldə olunan nəticələr ölkəmizin reytinq xalının bir az da artmasına səbəb olub.

Olimpsport.az xəbər verir ki, bu oyuna kimi 13.625 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalına daha 0.250 xal əlavə olunub. Hazırda ölkəmizin reytinq əmsalı 14.375-ə bərabərdi. 

Bizdən bir pillə irəlidə olan Şotlandiya da bizim kimi 0.250 xal qazandığından aradakı xal dəyişməyib. Britaniyalıların əmsalı 15.300-dü. 

25-ci pillədəki izləyicimiz Kipr təmsilçilərinin hər ikisi qalib gəldiyindən aradakı xal fərqi azalıb. Hazırda adıçəkilən ölkənin aktivində 14.050 xal var.