"Qəbələ" ilə oyunlarımız çətin olacaq
Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə rəqib olmalarına münasibət bildirib.
Olimpsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Qazaxıstan "Aktobe"si ilə oyunlarımız çətin alınsa da, onları keçə bildik. Səbrsizliklə Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarını gözləyirəm. Hansı ki, biz Azərbaycanın "Qəbələ" klubu ilə qarşılaşacağıq. Ciddi rəqibdir. Onlarla oyunlarımız çox çətin olacaq. Cütün qalibinin hansı komanda olacağını indidən demək çətindir".