AVRO-2016: Ukrayna millisinin Bakıya gələcək heyəti açıqlandı
Mayda Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatında çıxış edəcək Ukrayna yığmasının heyəti açıqlanıb. Olimpsport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Petrakov 20 futbolçuya dəvət göndərib:
Qapıçılar: Vladislav Kuçeruk (“Dinamo”), Andrey Polunin (“Dnepr”);
Müdafiəçilər: Denis Popov, Vitali Mikolenko (hər ikisi “Dinamo”), Valeri Bondar (“Şaxtyor”), Aleksey Sıç (“Karpatı” UFK), Timofey Suxar (“Dnepr”), Aleksandr Avramenko (“Metallist”);
Yarımmüdafiəçilər: Aleksey Xaxlyov, Sergey Buletsa, Vladislav Naumets (hamısı “Dinamo”), Maksim Çex (“Şaxtyor”), Nikolay Musolitin (“Çernomorets”), Yaroslav Qomenko (“Dnepr”);
Hücumçular: Denis Yanakov, Yuri Kozırenko (hər ikisi “Dinamo”), Vladislav Kuzmenko, Aleksey Kaşuk (hər ikisi “Şaxtyor”), Andrey Kulakov (“Metallist”), Yaroslav Deda (“Volın”).
Qeyd edək ki, Ukrayna millisi Avropa çempionatına Antalyada hazırlaşacaq. Petrakovun komandası “Antalyaspor”la yoxlama oyunu keçirəcək. Aprelin 29-da isə Ukrayna millisi Bakıya gələcək.
Əlavə edək ki, “B” qrupunda yer alan Ukrayna millisi mayın 5-də Almaniya, 8-də Avstriya, 11-də isə Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.