Səfərdə tarixi bir qələbə qazanıldı

Türkiyənin ntv.com.tr və başqa bir neçə mətbu orqanının Azərbaycanı Avropa Liqasında təmsil edən “Kəpəz”i Ermənistan klubu kimi təqdim etməsi və buna görə üzrxahlıq edildiyi barədə xəbər vermişdik.
 
Olimpsport.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, "CBC Sport" kanalının şərhçisi Gündüz Abbaszadə və ANS TV-nin xəbərlər departamentinin baş redaktoru Mahir Məmmədli "Kəpəz"in mərhələ adlaması ilə bağlı fikirlərini bölüşüblər:
 
Tanınmış şərhçi Gündüz Abbaszadə "Kəpəz"in mərhələ adlaması haqda belə danışıb:
 
"Bakıdakı oyunda hesab açılmasa da, səfərdə tarixi bir qələbə qazanıldı. "Kəpəz" II təsnifat mərhələsində Avstriyanın "Admira Vakker" klubu ilə qarşılaşacaq. "Kəpəz" bu komandanı da keçə bilər. Oyunçuları və baş məşqçi Şahin Diniyevi təbrik edirəm".
 
Mahir Məmmədli isə "Kəpəz"in böyük uğur qazandığını bildiirb:

"Kəpəz"in Avropa Liqasına vəsiqə qazanması və II təsnifat mərhələsinə adlaması böyük uğurdur. İlk mərhələdən keçəcəyini gözləməsəm də, qazanılan qələbəyə görə, çox xoşbəxtəm".