Pele yenidən ailə həyatı qurdu

Dünya futbolunun əfsanəsi Pele 3-cü dəfə ailə həyatı qurub.
 
Olimpsport.az xəbər verir ki, 75 yaşlı əfsanə 6 illik eşq macərasından sonra Marsia Ayoki Kibele ilə ailə həyatı qurmağa qərar verib. 3-cü dəfə ailə həyatı quran Pelenin yeni xanımının 50 yaşı var.
 
Pelenin nikah mərasimində yaxın dostları və ailəsi iştirak edib.
 
Cütlük 1980-cı ildə Nyu Yorkda tanış olub və 2010-cu ildən eşq macərası yaşayırlar.
 
qeyd edək ki, ilk evlilikdən 3 övladı olan braziliyalı futbol dahisinin ikinci həyat yoldaşından da 2 oğlu var.