Firdovsu Umudovlu sərbəst güləş millimiz Avropa Millətlər Kubokunda 2-ci, qadınlarımız 3-cü

Moskvada güləş üzrə Avropa Millətlər Kuboku keçirilib. Yarışda sərbəst və qadınlardan ibarət komandalarımız mübarizə aparıblar.

Firdovsu Umudovun baş məşqçilik etdiyi “sərbəstlər” öz qrupunda Gürcüstan və Moldova yığmaları üzərində 7:1 hesablı qələbə qazanaraq finala çıxıblar. Həledici görüşdə millimiz Rusiyaya 3:5 hesabı ilə uduzub.

7 idmançı ilə iştirak edən qadın güləşçilərimiz ilk olaraq Rumıniya yığması ilə qarşılaşıb. 4:4 hesablı bərabərlik qeydə alınan görüş rəqibin üstünlüyü ilə başa çatıb. Ardınca Ukrayna yığmasını 5:3 hesabı ilə məğlub edən yığmamız son görüşdə Rusiyaya yenilərək yarışı 3-cü sırada tamamlayıb.