Klublarımızın oyunlarının vaxtı açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının oyunlarının başlama saatı açıqlanıb. 

Olimpsport.az xəbər verir ki, iyulun 14-də Bakıda keçiriləcək "Neftçi" – "Şkendiya" oyunu saat 20:00-da başlayacaq.

Avstriyada keçiriləcək "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan) matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Macarsıtandan oynanılacaq MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan) qarşılaşasının start fiti isə Bakı vaxtı ilə saat 22:30-da veriləcək.

14 iyul

20:00."Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)

21:00."Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)

22:30.MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)