Portuqaliya tarixində ilk dəfə çempion oldu
Fransada təşkil olunan bir aylıq marafon - AÇ-2016 başa çatdı.
Olimpsport.az xəbər verir ki, qitə birinciliyinin həlledici oyununda meydan sahibi Fransa ilə Portuqaliya yığması üz-üzə gəldi. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmadı. Matça əlavə olunmuş yarım saatda isə Portuqaliya yığması hesabı açmağı bacardı. Oyunda başqa qol vurulmayınca Portuqaliya Avropa çempionu adını qazanmış oldu. Qeyd edək ki, Avropa çempionatının bürünc medallarını Uels və Almaniya yığmaları qazanıb. AÇ-2016 Final 10 iyul Portuqaliya - Fransa - 1:0 Qol: Eder, 109. Baş hakim: Mark Klattenburq (Almaniya). Sen-Deni. "Stad de Frans". Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Qerreyro, 7. Kriştiano Ronaldo (k) (20. Rikardo Kuarejma, 25), 10. Joao Mario, 14. Villyam Karvalyo, 16. Renato Sançes (9. Eder, 79), 17. Nani, 21. Sedrik, 23. Adrien Silva (8. Joao Moutinyo, 66). Ehtiyat oyunçular: 2. Bruno Alveş, 6. Rikardo Karvalyo, 11. Vieyrinya, 12. Antoni Lopes, 13. Danilo, 15. Andre Qomeş, 18. Rafa Silva, 19. Elizeu, 22. Eduardo. Baş məşqçi: Fernando Santuş. Fransa: 1. Hüqo Lyoris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Paye (20. Kinqsli Koman, 58), 9. Olivye Jiru (10. Andre-Pyer Jinyak, 78), 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Mussa Sissoko (11. Antoni Marsyal, 110), 19. Bakari Sanya, 21. Loren Kosçelnı, 22. Samuel Yumtiti. Ehtiyat oyunçular: 2. Kristof Jalle, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 12. Morqan Şnederlen, 13. Elyakim Manqalya, 16. Stiv Mandanda, 17. Lukas Din, 23. Benua Kostil. Baş məşqçi: Didye Deşam.