"İnter" ölkəni tərk etdi
Növbəti mövsümə hazırlığı davam etdirən “İnter” bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.
Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan paytaxt klubu Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşacaq.
Komanda toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. İyulun 14-də “İnter” Türkiyə Super Liqasının təmsilçisi “Kasımpaşa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.00-da baş tutmalıdır. Komanda iyulun 18, 22 və 25-də də yoxlama oyunları keçirməyi planlaşdırır. Rəqiblər hələlik, məlum deyil.
Qeyd edək ki, “İnter” Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq.