Ederin qol vuracağını hiss etdim

Avropa çempionatının final oyununda Portuqaliya Fransanı 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Olimpsport.az xəbər verir ki, həlledici oyunda yeganə qolun müəllifi Eder və komandanın kapitanı Kristiano Ronaldo matçdan sonra maraqlı açıqlamalar veriblər:
 
Eder çempionluğu haqq etdiklərini bildirib:
 
“Özümü möhtəşəm hiss edirəm. Bunun üçün çox çalışdıq, bütün ölkə bizə dəstək oldu. Haqlı çempionluq qazandıq. Çünki çox istəyirdik. İlk gündən belə xəyallar qururdum. İndi Avropa çempionuyam. Qalibiyyət qolunu vurduğum üçün sevinirəm. Ronaldo fasilədə mənə "belə davam et, qol vuracaqsan" - dedi. Mənim üçün möhtəşəm bir an idi. Xəyallarımızı gerçəkləşdirmək üçün çox çalışdıq. Bu qolu vuracağıma inanırdım"
 
Ronaldo isə açıqlamasında Ederin qol vuracağına inandığını söyləyib:
 
“Sehrbaz və ya kahin deyiləm. Ederin qol vuracağını hiss etdim. Ona qol vurub kuboku bizə qazandırmasını dedim. O da bunu bacardı. Bəzən şanslı idik, qəbul edirəm. Belə uğurlar üçün şans da lazımdır. Amma bizim böyük barağımız da var. Bu, böyük uğurdur. Həyatımın ən xoşbəxt günüdür. Klub karyeramda hər şeyə nail olmuşdum”.