DÇ-2018: Azərbaycan millisinin oyununun yeri və vaxtı dəqiqləşdi

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha bir oyunun yeri bəlli olub.

Olimpsport.az saytının məlumatına görə, yığmamızın Çexiya ilə qarşılaşması Ostrava şəhərində baş tutacaq.

 

Bu, komandamızın seçmə mərhələdə ümumilikdə 3-cü, səfərdə 2-ci matçı olacaq. Oktyabrın 11-dəki matç şəhərin Vitkovitse rayonundakı Munisipal stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

1941-ci ildə inşa olunan bu arena 15 min 123 tamaşaçı tutumuna malikdi. 2012-15-ci illərdə rekonstruksiya olunan stadionda “Banik” və “Vitkovitse” klubları ev oyunlarını keçirir. Bu idman qurğusu atletika yarışlarını də qəbul edir ki, 2018-ci ildə baş tutacaq İAAF-ın qitə kuboku da bu yarışlardan olacaq.