Əliyar Ağayev Avropa çempionatında

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək.

Olimpsport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən FİFA referisi Əliyar Ağayev ilk təyinatını alıb.

 

Həmyerlimiz I turun sabah keçiriləcək Xorvatiya – Hollandiya matçının ədalət təmsilçilərindən olacaq. O, Ulm şəhərinin Donau stadionunda baş tutacaq qarşılaşmanın 4-cü hakimi kimi meydana çıxacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, görüşün baş hakimi ukraynalı Anatoli Jabçenko olacaq.