Avstriyada baş tutacaq qarşılaşma Çernoqoriyadan olan hakimlər briqadasına tapşırılıb
Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək Avstriya “Admira”sı ilə “Kəpəz” arasındakı matçın hakimləri açıqlanıb.
Olimpsport.az xəbər verir ki, Avstriyada baş tutacaq qarşılaşma Çernoqoriyadan olan hakimlər briqadasına tapşırılıb. Belə ki, matçı Pavel Radovanoviç idarə edəcək. Ona Dmitri Mrqudoviç və Aleksandr Dyikanoviç yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Miloş Savoviç yerinə yetirəcək. Qeyd edək ki, “Admira” – “Kəpəz” matçı iyulun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.