"Neftçi" üçün Belarusiyalılar
Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” ilə Makedoniya “Şkendiya”sı arasında baş tutacaq ilk oyununun hakimləri açıqlanıb.
Olimpsport.az xəbər verir ki, iyulun 14-də Bakıda baş tutacaq qarşılaşmanı belaruslu hakimlər idarə edəcək.
Oyunun baş hakimi Sergey Tsinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Malyutin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Viktor Şimusik olacaq.
Qeyd edək ki, "Neftçi" - "Şkendiya" matçı iyulun 14-də 8-ci km stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.